İsraildə koronavirusa yoluxanların sayı 7 030-a çatıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı İsrailin Səhiyyə Nazirliyi yayıb.
Son sutkada ölkədə 173 nəfər virusa yoluxub, 2 nəfər isə ölüb.
Qeyd edək ki, aprelin 2-də virusa yoluxanların ümumi sayı 6 857 nəfər olub, 34 nəfər isə pandemiyadan ölüb.