İsrail Yaxın Şərq üzrə Paris konfransında iştirakdan imtina edib

İsrail Yaxın Şərq üzrə Paris konfransında iştirakdan imtina edib "Təl-Əviv fələstinlilərlə 2014-cü ildəki danışıqları bərpa etməyə çalışır"
Digər ölkələr
8 Noyabr , 2016 05:19
İsrail Yaxın Şərq üzrə Paris konfransında iştirakdan imtina edib

Bakı. 8 noyabr. REPORT.AZ/ İsrail hökuməti Fransanın cari ilin sonunda Parisdə keçirilməli olan Yaxın Şərqdə sülh nizamlanma prosesinə həsr olunmuş konfransda iştiraka dair dəvətini rəsmən rədd edib.

"Report" xəbər verir ki, bu barədə bazar ertəsi Qərb mətbuatı məlumat yayıb.

İsrailin baş naziri Binyamin Netanyahunun Dəftərxanasından bildirilib ki, bu konfrans onları fələstinlilərlə bilavasitə danışıqlardan yalnız uzaqlaşdıracaq. Həmçinin qeyd olunub ki, Təl-Əviv fələstinlilərlə 2014-cü ildə pozulan birbaşa danışıqları bərpa etməyə çalışır.

Son xəbərlər

Orphus sistemi