Bakı. 27 May. REPORT.AZ/ İsrail ordusuna məxsus F-16 tipli qırıcı təyyarələr bu gecə Qəzza zolağına növbəti dəfə zərbələr endirib. Bu barədə "Report" TASS-a istinadən məlumat verir.
İsrail ordusunun internet saytından yayılan açıqlamada İsrail hava qüvvələrinin ölkəyə atılan raket zərbələrinə cavab olaraq Qəzzanın şimalındakı Həmas-a aid hərbi məntəqələri vurduğu bildirilir.
Dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat verilmir.