​İsrail Suriyaya havadan zərbə endirib

​İsrail Suriyaya havadan zərbə endirib Aviazərbələrə Kumeytra yaşayış məntəqəsi məruz qalıb
Digər ölkələr
21 Avqust , 2015 08:36
​İsrail Suriyaya havadan zərbə endirib

Bakı. 21 Avqust. REPORT.AZ/ İsrailin Hərbi Hava Qüvvələri raket atəşinə cavab olaraq Suriya ərazisinə və ölkə ordusunun mövqelərinə aviazərbələr endirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, hava zərbələrinə, xüsusilə paytaxt Dəməşqin 40 km-də yerləşən Kumeytra yaşayış məntəqəsi ərazisində yerləşən infrastruktur obyektləri məruz qalıb.

Qeyd olunur ki, hava zərbələri nəticəsində xəsarət alan olmayıb, bina və infrastruktura maddi ziyan dəyib.

Ötən gün Suriya ərazisindən İsrailə dörd raket atılıb. Raketlərdən ikisi Qaliley yaşayış məntəqəsi yaxınlığına, digər ikisi isə Qollan yüksəkliyi ərazisinə düşüb.

Son xəbərlər

Orphus sistemi