İsrail ABŞ-dan sonra Suriyada İrana qarşı müqavimətini gücləndirməyə hazırdır

İsrail ABŞ-dan sonra Suriyada İrana qarşı müqavimətini gücləndirməyə hazırdır Bakı. 24 dekabr. REPORT.AZ/ İsrail ABŞ Silahlı Qüvvələrinin Suriyadan çıxmağa dair bəyanatından sonra, lazım gələrsə, İranın ərəb respublikasında möhkəmlənməsinə qarşı müqavimətini fəallaşdırmağa hazırdır.
Digər ölkələr
24 Dekabr , 2018 04:48
İsrail ABŞ-dan sonra Suriyada İrana qarşı müqavimətini gücləndirməyə hazırdır

Bakı. 24 dekabr. REPORT.AZ/ İsrail ABŞ Silahlı Qüvvələrinin Suriyadan çıxmağa dair bəyanatından sonra, lazım gələrsə, İranın ərəb respublikasında möhkəmlənməsinə qarşı müqavimətini fəallaşdırmağa hazırdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu bəyanatla bazar günü yəhudi hökumətinin həftəlik iclasında baş nazir Binyamin Netanyahu çıxış edib.

"İki min Amerika əsgərinin Suriyadan çıxarılması qərarı bizim davamlı siyasətimizi dəyişməyəcək: biz İranın Suriyada hərbi meydan yaratma cəhdlərinə qarşı müqavimətimizi davam etdirəcəyik və əgər lazım gələrsə, hətta orada öz fəaliyyətimizi genişləndirəcəyik", - deyə İsrail hökumətinin başçısı bildirib.

Daha əvvəl Ağ Evin mətbuat katibi Sara Sanders ABŞ qoşunlarının Suriyadan çıxarmağa başladığını məlumat verib.

Son xəbərlər

Orphus sistemi