İsrail Suriya və İranın 12 hərbi obyektinə zərbə endirib

İsrail Suriya və İranın 12 hərbi obyektinə zərbə endirib Bakı. 10 fevral. REPORT.AZ/ İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar fevralın 10-da Dəməşq yaxınlığında Suriya və İranın 12 hərbi obyektinə zərbə endirib.
Digər ölkələr
10 Fevral , 2018 13:02
İsrail Suriya və İranın 12 hərbi obyektinə zərbə endirib

Bakı. 10 fevral. REPORT.AZ/ İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar fevralın 10-da Dəməşq yaxınlığında Suriya və İranın 12 hərbi obyektinə zərbə endirib.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bunu İsrail ordusunun mətbuat katibi Yonatan Konrikus bildirib.

Suriya KİV-in məlumatına əsasən, hava zərbəsi endirilən obyektlərdən birinin Suriya mühafizə qoşunlarının 104-cü briqadasının olduğu bildirilib.

Qeyd edək ki, fevralın 10-da gecə saatlarında İsrailin İrana məxsus pilotsuz uçan aparatı (PUA) ələ keçirdiyi və Suriya ərazisinə havadan zərbələr endirdiyinə dair məlumat yayılmışdı.

Hadisə rəsmi qaynaqlar tərəfindən təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi