İsrail ordusu Dəməşq ətrafına PUA-lar vasitəsilə zərbələr endirib

İsrail ordusu Dəməşq ətrafına PUA-lar vasitəsilə zərbələr endirib Avtomobil karvanının Livandakı Hizbullah qruplaşmasına silah-sursat daşıdığı ehtimal edilir
Digər ölkələr
30 Noyabr , 2016 09:30
İsrail ordusu Dəməşq ətrafına PUA-lar vasitəsilə zərbələr endirib

Bakı. 30 noyabr. REPORT.AZ/ İsrail Müdafiə Ordusunun (TSAXAL) Hərbi Hava Qüvvələri Dəməşqin rayonlarından biri ilə hərəkət edən yüklə dolu avtomobil karvanına, eləcə də Bəşşar Əsəd silahlılarının Suriya paytaxtındakı mövqelərinə havadan zərbə endirib.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, hücum noyabrın 30-da Dəməşq-Beyrut avtomobil şosesi yaxınlığında olub.

Avtomobil karvanının Livandakı Hizbullah qruplaşmasına silah-sursat daşıdığı ehtimal edilir.

Xəbərə görə, hava zərbələri Pilotsuz Uçan Aparatlar (PUA) vasitəsi ilə endirilib.

Hücum nəticəsində xəsarət alan və həyatını itirənlər barədə məlumat verilməyib.

Son xəbərlər

Orphus sistemi