Yuxarı

İsrail HƏMAS-ın Qəzzadakı mövqelərinə hava zərbələri endirib

​İsrail HƏMAS-ın Qəzzadakı mövqelərinə hava zərbələri endirib

İsrail ordusu Qəzza sektorunda Fələstinin HƏMAS hərəkatının mövqelərinə zərbə endirib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

Qeyd edilir ki, Hərbi Hava Qüvvələri HƏMAS-ın Qəzza sektorunun şimalındakı hərbi bazasına, o cümlədən radikal hərəkatın batalyonlarından birinin komandirinin ofisinin binasına zərbələr endirib.

Zərbə Qəzza sektorundan atılan raketə cavab olaraq endirilib.

Hələlik həlak olanlar və ya xəsarət alanlar barədə məlumat yoxdur. Qeyd edək ki, bazar günü Fələstin muxtariyyətinin ərazisindən İsrailə üç raket buraxılıb. Onlardan ikisi İsrailin Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi