Yuxarı

İspaniyanın daxili işlər naziri: “İki terror aktı törədən dəstə zərərsizləşdirilib”

Toplantıda Kataloniya və Basklar ölkəsi əyalətlərinin hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər

Bakı. 19 avqust. REPORT.AZ/ İspaniyada iki terror aktı törədən dəstə zərərsizləşdirilib.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İspaniyanın daxili işlər naziri Xuan İqnasio Soido güc strukturların rəhbərlərinin terror təhlükəsi səviyyəsinin dəyərləndirilməsi üzrə müşavirəsinin yekununda bildirib.

“Toplantının yekunlarına əsasən deyə bilərik ki, terror dəstəsi tamamilə zərərsizləşdirilib”, - nazir vurğulayıb.

DİN başçısının sədrliyi altında keçirilən toplantıda Mülki Qvardiya, Milli Kəşfiyyat Mərkəzi, Kataloniya və Basklar ölkəsi əyalətlərinin hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, avqustun 17-də İspaniyanın Barselona şəhərində törədilən iki terror aktı nəticəsində 15 nəfər ölüb, 100-dən çox insan yaralanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi