Yuxarı

İspaniyadan Rusiyaya uçan təyyarə təcili eniş edib

İspaniyadan Rusiyaya uçan təyyarə təcili eniş edib

Bakı. 11 sentyabr. REPORT.AZ/ İspaniyadan Rusiyaya uçan təyyarə təcili eniş edib. 

“Report”un Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, buna səbəb avialaynerdəki sərnişinlərdən birinin halının pisləşməsi olub. 

Belə ki, İspaniyanın “Privilege Style” aviaşirkətinə məxsus təyyarə Saraqosadan Sankt-Peterburqa uçarkən sərnişinlərdən birinin səhhəti qəfil pisləşıb. Sərnişin bayılandan sonra kapitan Vilnüs hava limanına təcili eniş qərarını verib. Burada təyyarəyə çağırılan həkim briqadası xəstənin öldüyünü müəyyənləşdirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi