İspaniyada son sutkada daha 743 nəfər koronavirusdan ölüb.
“Report” xəbər verir ki, məlumatı “Hurriyet” yayıb.
Bildirilib ki, bununla da pandemiyadan ölənlərin sayı 13 798-ə çatıb.
Qeyd edək ki, ötən gün ölənlərin ümumi sayı 13 055 nəfər olub.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 352 000-i ötüb. Bunların 287 699 nəfəri sağalıb, 75 300 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.