İspaniyada naməlum şəxs supermarketdə atəş açıb

İspaniyada naməlum şəxs supermarketdə atəş açıb İnsident nəticəsində xəsarət alan olmayıb
Digər ölkələr
11 Yanvar , 2017 23:30
İspaniyada naməlum şəxs supermarketdə atəş açıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Bu gün İspaniyanın Orense şəhərindəki (Qalisiya muxtar birliyi) supermarketlərdən birində naməlum şəxs atəş açıb.

"Report" xəbər verir ki, bu barədə "Efe" agentliyi məlumat yayıb.

Məlumata görə, binada insanların olmasına baxmayaraq, insident nəticəsində xəsarət alan olmayıb. Qeyd olunur ki, kişi tüfənglə silahlı olub və təqribən altı dəfə atəş açıb. İlkin məlumatlara görə, atıcı 35 yaşlı psixoloji problemli şəhər sakini olub.

Sözügedən şəxs saxlanılıb.

Son xəbərlər

Orphus sistemi