İspaniyada meşə yanğınları səbəbindən 500-dən çox insan təxliyyə edilib - VİDEO

İspaniyada meşə yanğınları səbəbindən 500-dən çox insan təxliyyə edilib - VİDEO Yanğın ilə 350 yanğınsöndürən mübarizə aparır
Digər ölkələr
9 Sentyabr , 2017 22:32
İspaniyada meşə yanğınları səbəbindən 500-dən çox insan təxliyyə edilib - VİDEO
Foto: Global Look Prees/Miquel Llop

Bakı. 9 sentyabr. REPORT.AZ/ İspaniyanın Uelva əyalətində geniş meşə yanğınları səbəbindən 500-dən çox insan təxliyyə edilib.

"Report" xəbər verir ki, bu barədə şənbə günü EFE xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, yanğın cümə günü Əndəlusiya muxtar birliyinin Uelva əyalətində yerləşən La-Qranda-de-Rio-Tinto yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb.

Ərazidən 500-dən çox sakin təxliyyə edilib. Yanğın ilə 350 yanğınsöndürən mübarizə aparır, hadisə yerinə xüsusi hava texnikası cəlb olunub.

Zərərçəkənlər barədə məlumat yoxdur. Meşənin yandırıldığı ehtimal olunur.

Son xəbərlər

Orphus sistemi