İspaniyada ötən sutkada 435 nəfər koronavirusun qurbanı olub.
“Report” xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla da ölkədə pandemiyadan ölənlərin sayı 21 717-yə çatıb.
Bundan başqa, ölkədə daha 4 211 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, İspaniyada infeksiya daşıyıcılarının sayı 208 389-a yüksəlib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 571 000-i ötüb. Bunların 701 070 nəfəri sağalıb, 178 281 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.