İspaniyada koronavirusdan ölənlərin sayı 21 mini ötdü

İspaniyada koronavirusdan ölənlərin sayı 21 mini ötdü İspaniyada ötən sutka 430 nəfər koronavirusun qurbanı olub.
Digər ölkələr
21 Aprel , 2020 13:21
İspaniyada koronavirusdan ölənlərin sayı 21 mini ötdü
0 : 00
0 : 00

İspaniyada ötən sutka 430 nəfər koronavirusun qurbanı olub.

“Report” xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə pandemiyadan ölənlərin sayı 21 282-yə çatıb.

Bundan başqa, ölkədə daha 3 968 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, İspaniyada infeksiya daşıyıcılarının sayı 204 178-ə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 495 000-i ötüb. Bunların 655 649 nəfəri sağalıb, 171 064 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi