İspaniyada ötən sutka 430 nəfər koronavirusun qurbanı olub.
“Report” xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla da ölkədə pandemiyadan ölənlərin sayı 21 282-yə çatıb.
Bundan başqa, ölkədə daha 3 968 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, İspaniyada infeksiya daşıyıcılarının sayı 204 178-ə yüksəlib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 495 000-i ötüb. Bunların 655 649 nəfəri sağalıb, 171 064 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.