İspaniyada koronavirusa yoluxanların sayı 188 mini ötdü

İspaniyada koronavirusa yoluxanların sayı 188 mini ötdü İspaniyada son bir gündə koronavirusa yoluxanların sayı açıqlanıb.
Digər ölkələr
17 Aprel , 2020 13:48
İspaniyada koronavirusa yoluxanların sayı 188 mini ötdü

İspaniyada son bir gündə koronavirusa yoluxanların sayı açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə daha 5 252 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə İspaniyada infeksiya daşıyıcılarının sayı 188 068-a yüksəlib.

Bundan başqa, krallıqda daha 585 nəfər pandemiyanın qurbanı olub və bununla da ölənlərin sayı 19 715-ə çatıb. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 192 000-i ötüb. Bunların 554 214 nəfəri sağalıb, 147 360 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi