İspaniya hökumətinin yeni tərkibi məlum olub

İspaniya hökumətinin yeni tərkibi məlum olub İspaniya XİN-in yeni rəhbəri Alfonso Dastis Kesedo təyin edilib
Digər ölkələr
4 Noyabr , 2016 01:14
İspaniya hökumətinin yeni tərkibi məlum olub

Bakı. 4 noyabr. REPORT.AZ/ İspaniyanın baş naziri cümə axşamı yeni hökumətin tərkibini elan edib.

"Report" xəbər verir ki, hökumət başçısı kral VI Felipe ilə görüşərək Nazirlər Kabinetinin tərkibi barədə ona məlumat verib.

İspaniyanın yeni xarici işlər naziri Alfonso Dastis Kesedo olub. O, bu vəzifədə Xose Manuel Qarsiya Marqalyonu əvəz edib. Ölkənin daxili işlər naziri Xuan İqnasio Soidon olub. Rafael Katala ədliyyə naziri postunda qalıb. Müdafiə naziri vəzifəsinə Mariya Dolores de Kospedal təyin edilib. Luis de Qindos isə iqtisadiyyat naziri olaraq qalıb.

Mariano Raxoy ümumilikdə 13 nazir təyin edib.

Son xəbərlər

Orphus sistemi