Bakı. 19 noyabr. REPORT.AZ/ İspaniya
“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bunu İspaniyanın xarici işlər naziri Yosep Borell Brüseldə Aİ Xarici İşlər Nazirləri Ümum İşlər Şurasından sonra jurnalistlərə açıqlamasında deyib.
Nazir sözügedən məsələnin iki ölkə arasında açıq qaldığını, həll olunanadək də "Brexit" sazişinə səs verməyəcəklərini vurğulayıb.
Xatırladaq ki, 1713-cü ildən Böyük Britaniyanın bir hissəsi olan Cəbəllütariq 1967-ci və 2002-ci illərdə keçirilmiş referendumlarda böyük səs üstünlüyü ilə İspaniyanın tərkibinə qaytarılmasını rədd etməsinə baxmayaraq, İspaniya 35 min əhalisi olan bu kiçik ərazinin onlara məxsus olduğuna iddia edir.
Bundan əvvəl Avropa İttifaqı "Brexit"ə dair sazişin layihəsini dəstəkləyib.