Yuxarı

İspaniya Ali Məhkəməsi Puçdemonun həbsi üçün yeni qərar çıxarıb

​İspaniya Ali Məhkəməsi Puçdemonun həbsi üçün yeni qərar çıxarıb
© Getty

İspaniya Ali Məhkəməsinin hakimi Pablo Lyarena Kataloniya hökumətinin keçmiş başçısı Karles Puçdemonla bağlı yeni beynəlxalq və Avropa həbs qərarı verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə məhkəmə qərarında deyilir.

Sənəddə göstərilib ki, Puçdemon üsyana təkid etmə və mənimsəmə maddələri ilə cinayət törədib.

Xatırladaq ki, K.Puçdemon 2017-ci ildə Kataloniyanın müstəqilliyi ilə bağlı keçirilən referendumdan sonra İspaniyadan Belçikaya qaçıb.

Daha əvvəl İspaniya Ali Məhkəməsi Kataloniya separatçılarının rəhbərlərinin 13 ilə qədər müxtəlif həbs cəzalarına məhkum edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi