İŞİD "Cəbhət Fəth əş-Şam"ın qərargahında partlayış törədib: 7 ölü

İŞİD "Cəbhət Fəth əş-Şam"ın qərargahında partlayış törədib: 7 ölü Yaralıların dəqiq sayı hələlik məlum deyil
Digər ölkələr
6 Mart , 2017 07:37
İŞİD Cəbhət Fəth əş-Şamın qərargahında partlayış törədib: 7 ölü

Bakı. 6 mart. REPORT.AZ/ "Cəbhət Fəth əş-Şam"ın Suriyanın Aazaz şəhəri ərazisindəki mənzil qərargahında partlayış baş verib.

"Report"un məlumatına görə, bu barədə "Əl-Məyadin" telekanalı xəbər verirb.

Məlumata görə, partlayış nəticəsində 7 nəfər ölüb, həmçinin bir neçə nəfər yaralanıb. Lakin yaralıların dəqiq sayı hələlik məlum deyil.

Ehtimal olunur ki, partlayışı İŞİD terror qruplaşması təşkil edib. Qruplaşmanın gizlicə göndərilmiş üzvü binaya girib və özünü rəqib qruplaşmanın komanda məntəqəsinin yerləşdiyi binada partladıb. 

Son xəbərlər

Orphus sistemi