Bakı. 6 mart. REPORT.AZ/ "Cəbhət Fəth əş-Şam"ın Suriyanın Aazaz şəhəri ərazisindəki mənzil qərargahında partlayış baş verib.
"Report"un məlumatına görə, bu barədə "Əl-Məyadin" telekanalı xəbər verirb.
Məlumata görə, partlayış nəticəsində 7 nəfər ölüb, həmçinin bir neçə nəfər yaralanıb. Lakin yaralıların dəqiq sayı hələlik məlum deyil.
Ehtimal olunur ki, partlayışı İŞİD terror qruplaşması təşkil edib. Qruplaşmanın gizlicə göndərilmiş üzvü binaya girib və özünü rəqib qruplaşmanın komanda məntəqəsinin yerləşdiyi binada partladıb.