İŞİD terrorçuları Suriyada 3 türk əsgərini yaralayıb

İŞİD terrorçuları Suriyada 3 türk əsgərini yaralayıb Yaralılar xəstəxanaya yerləşdirilib
Digər ölkələr
30 Avqust , 2016 21:51
İŞİD terrorçuları Suriyada 3 türk əsgərini yaralayıb

Bakı. 30 avqust. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin 3 əsgəri Suriyanın şimalındakı hərbi əməliyyatlarda yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "NTV" telekanalı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.

Məlumata görə, İŞİD terrorçuları Türkiyə ordusuna məxsus tankı atəşə tutublar. İŞİD terrorçularının nəzarəti altında olan ərazidən açılan atəş zamanı 3 türk əsgəri xəsarət alıb. 

Yaralılar xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi