​İŞİD şiə məscidindəki partlayışa görə məsuliyyəti üzərinə götürüb

​İŞİD şiə məscidindəki partlayışa görə məsuliyyəti üzərinə götürüb Partlayış nəticəsində təqribən 20 nəfər həlak olub
Digər ölkələr
23 May , 2015 02:54
​İŞİD şiə məscidindəki partlayışa görə məsuliyyəti üzərinə götürüb

Bakı. 23 may. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının üzvləri Səudiyyə Ərəbistanında şiələrin ibadət etdiyi məsciddə törədilən partlayışa görə məsuliyyəti öz üzərlərinə götürüblər.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Ötən gün cümə namazı zamanı şiələrin toplaşdığı məsciddə törədilən terror aktı nəticəsində 20 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

Son xəbərlər

Orphus sistemi