Bakı. 27 may. REPORT.AZ/ Bu gün İŞİD silahlıları Suriyanın Palmira şəhərində 20 nəfəri öldürüblər. "Report"un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Suriyada İnsan Haqları Müşahidə Şurası məlumat yayıb.
Xəbərdə bildirilir ki, terrorçular öz qurbanlarını hökumət qüvvələri ilə əməkdaşlıqda günahlandırıblar. Qətllərin qədim Roma teatrının binasında baş verdiyi bildirilir.