​İŞİD Liviyanın Harva şəhərini nəzarət altına alıb

​İŞİD Liviyanın Harva şəhərini nəzarət altına alıb Terrorçular bu bardə sosial şəbəkələrdə yazıblar
Digər ölkələr
6 İyun , 2015 03:30
​İŞİD Liviyanın Harva şəhərini nəzarət altına alıb

Bakı. 06 İyun. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının üzvləri Liviyanın Harva şəhərini ələ keçiriblər.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, şəhərin ələ keçirilməsi faktını hərbi mənbələr təsdiq ediblər.

Qeyd olunub ki, terrorçular bir neçə hökumət binasını nəzarət altına alıblar.

İŞİD terrorçuları şəhərin ələ keçirilməsi barədə sosial şəbəkələrdə yazıblar.

Son xəbərlər

Orphus sistemi