​İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin dayısı yaxalanıb

​İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin dayısı yaxalanıb Saleh İbrahim Əbdülmöminin Samirra şəhərində ələ keçib
Digər ölkələr
15 Fevral , 2015 20:55
​İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin dayısı yaxalanıb

Bakı. 15 fevral. REPORT.AZ/ İraqda iki nəfər, eləcə də, "İraq-Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin dayısı yaxalanıb.

"Report" xəbər verir ki, bu barədə "Əl-Arabiya" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, onlar Samirra şəhərində təhlükəsizlik məqsədi ilə aparılan əməliyyat nəticəsində ələ keçiblər.

"Xüsusi təyinatlı dəstənin hərbçilərindən ibarət qrup Bağdadinin Saleh İbrahim Əbdülmöminin adlı dayısı və qardaşı qızının həyat yoldaşı Dhiy Nuri Sadounu həbs etməyə müvəffəq olublar", - deyə təhlükəsizlik xidmətindəki mənbə bildirib.

Son xəbərlər

Orphus sistemi