Yuxarı

​İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin dayısı yaxalanıb

Saleh İbrahim Əbdülmöminin Samirra şəhərində ələ keçib

Bakı. 15 fevral. REPORT.AZ/ İraqda iki nəfər, eləcə də, "İraq-Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin dayısı yaxalanıb.

"Report" xəbər verir ki, bu barədə "Əl-Arabiya" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, onlar Samirra şəhərində təhlükəsizlik məqsədi ilə aparılan əməliyyat nəticəsində ələ keçiblər.

"Xüsusi təyinatlı dəstənin hərbçilərindən ibarət qrup Bağdadinin Saleh İbrahim Əbdülmöminin adlı dayısı və qardaşı qızının həyat yoldaşı Dhiy Nuri Sadounu həbs etməyə müvəffəq olublar", - deyə təhlükəsizlik xidmətindəki mənbə bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi