Bakı. 14 yanvar. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq anti-terror koalisiyası qoşunları ötən sutka ərzində İraq və Suriya ərazilərində "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının mövqelərinə havadan zərbə endiriblər.
"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Amerika hərbi idarəsinin hesabatına görə, bombardımançılar bir sıra rayonlarda terrorçuların mövqelərini dağıdıblar və dörd yaraqlını öldürüblər. Zərbələrin 4-ü Suriya, qalan 7-si isə İraqa endirilib.