İŞİD İraqda polis əməkdaşlarına qarşı hücumlar təşkil edib

İŞİD İraqda polis əməkdaşlarına qarşı hücumlar təşkil edib İŞİD terror qruplaşması İraqda polis əməkdaşlarına hücum edib.
Digər ölkələr
16 May , 2019 05:31
İŞİD İraqda polis əməkdaşlarına qarşı hücumlar təşkil edib

İŞİD terror qruplaşması İraqda polis əməkdaşlarına hücum edib.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi bildirib.

Məlumata görə, hadisə Kərkükdə baş verib. Terrorçuların federal polis əməkdaşlarına ayrı-ayrılıqda iki hücumu zamanı 6 asayiş keşikçisi həlak olub.

Qeyd edilir ki, ilk hücum Riyad qəsəbəsində, Ələviyə yaxınlığında baş verib. Terrorçuların avtomatlardan açdıqları atəş nəticəsində 4 polis əməkdaşı öldürülüb.

Rəşad qəsəbəsinin Telsuse kəndi yaxınlığında polisə hücum edən İŞİD silahlıları daha 2 polisi öldürüblər.

Bölgədə terrorçulara qarşı irimiqyaslı əməliyyat başlayıb. 

Son xəbərlər

Orphus sistemi