"İrma" qasırğası nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb

"İrma" qasırğası nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb Təbii hadisədən 1,2 milyon insan zərər çəkib
Digər ölkələr
10 Sentyabr , 2017 12:41
İrma qasırğası nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb

Bakı. 10 sentyabr. REPORT.AZ/ Karib hövzəsi regionunda "İrma" qasırğası nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "The New York Times" xəbər verib.

"Qasırğa nəticəsində Karib regionunda 25 nəfər həlak olub", - deyə xəbərdə bildirilir.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, təbii hadisədən 1,2 milyon insan zərər çəkib və bu, 26 milyon nəfərə çata bilər.

"İrma" qasırğası ilə əlaqədar ABŞ-ın üçüncü böyük elektroenergetika şirkəti olan "Florida Power & Light" iki atom elektrik stansiyasının bağlandığını bildirib. Həmçinin güclü tufanın yaxınlaşması ilə əlaqədar Cənubi Karolina və Corciya ştatlarında fövqəladə vəziyyət elan edilib.

Son xəbərlər

Orphus sistemi