Bakı. 30 mart. REPORT.AZ/ Göyərtəsində 5 nəfərin olduğu vertolyot İrlandiya dənizi üzərində radarlardan itib. Hazırda axtarış-xilasetmə işləri aparılır.
"Report" xəbər verir ki, bu barədə "Irish Times" qəzeti yazıb.
Böyük Britaniyanın Sahil Mühafizə Xidmətinin məlumatına görə, "Twin Squirrel" tipli şəxsi vertolyot çərşənbə günü Milton-Kins şəhərindən çıxıb və Dublinə istiqamət alıb. O, Uelsin Kaernafon şəhəri yaxınlığındakı körfəz ərazisində yoxa çıxıb.
Bildirilir ki, axtarışlar pis hava şəraiti üzündən çətinləşir.