İrlandiya üzərində vertolyot yoxa çıxıb

İrlandiya üzərində vertolyot yoxa çıxıb Şəxsi helikopter Dublin istiqamətində gedərkən itib
Digər ölkələr
30 Mart , 2017 06:26
İrlandiya üzərində vertolyot yoxa çıxıb

Bakı. 30 mart. REPORT.AZ/ Göyərtəsində 5 nəfərin olduğu vertolyot İrlandiya dənizi üzərində radarlardan itib. Hazırda axtarış-xilasetmə işləri aparılır.

"Report" xəbər verir ki, bu barədə "Irish Times" qəzeti yazıb.

Böyük Britaniyanın Sahil Mühafizə Xidmətinin məlumatına görə, "Twin Squirrel" tipli şəxsi vertolyot çərşənbə günü Milton-Kins şəhərindən çıxıb və Dublinə istiqamət alıb. O, Uelsin Kaernafon şəhəri yaxınlığındakı körfəz ərazisində yoxa çıxıb.

Bildirilir ki, axtarışlar pis hava şəraiti üzündən çətinləşir.

Son xəbərlər

Orphus sistemi