İraqın şimalındakı muxtariyyət mərkəzi hakimiyyətlə danışıqları müsbət qarşılayıb

İraqın şimalındakı muxtariyyət mərkəzi hakimiyyətlə danışıqları müsbət qarşılayıb Onlar Bağdadla Ərbil arasında dialoqun qurulması üçün beynəlxalq vasitəçilərdən yardım istəyiblər
Digər ölkələr
19 Oktyabr , 2017 18:12
İraqın şimalındakı muxtariyyət mərkəzi hakimiyyətlə danışıqları müsbət qarşılayıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ İraqın baş naziri Heydər əl-İbadinin dialoqla bağlı çağırışını ölkənin şimalındakı yerli muxtariyyətin başçısı Məsud Barzani müsbət qarşılayıb.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, muxtariyyətin məsul şəxsləri oktyabrın 19-da toplantı keçiriblər.

Onlar İraqda, o cümlədən bölgədə baş verənlərlə bağlı açıqlama yayıblar.

Toplantıdan sonra yerli muxtariyyətin məsul şəxsləri Bağdadla Ərbil arasında dialoqu məmnuniyyətlə qarşıladıqlarını bildiriblər.

Açıqlamada Bağdadla Ərbil arasında dialoqun qurulması üçün beynəlxalq vasitəçilərdən yardım istənilib. 

Son xəbərlər

Orphus sistemi