İraqın Mosul şəhərində 4 uşaq acından ölüb

İraqın Mosul şəhərində 4 uşaq acından ölüb Şəhərdə davam edən hərbi əməliyyatlar səbəbindən ərzaq qıtlığı mövcuddur
Digər ölkələr
19 Fevral , 2017 04:43
İraqın Mosul şəhərində 4 uşaq acından ölüb

Bakı. 19 fevral. REPORT.AZ/ İraqda 4 uşaq acından dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Mosul şəhərinin İŞİD terror qruplaşmasının işğalı altında olan hissəsində baş verib. İctimai fəal, hüquqşünas Ömər ət Tai şəhərin bu ərazisində kəskin qida çatışmazlığının mövcudluğunu vurğulayıb.

Xəbərdə həmçinin bildirilir ki, 1,5 milyon sakinin yaşadığı şəhərdə davam edən hərbi əməliyyatlar səbəbindən ərzaq qıtlığı mövcuddur. Yaşayış məntəqəsinə göndərilən humanitar yardımlar yalnız əhalinin ehtiyacının beşdə bir hissəsini ödəyir.

Son xəbərlər

Orphus sistemi