​İraqın Baş naziri: yaxın günlərdə qoşunlar Ramadi şəhərini azad edəcəklər

​İraqın Baş naziri: yaxın günlərdə qoşunlar Ramadi şəhərini azad edəcəklər O, həmçinin ABŞ müdafiə nazirinin tənqidini rədd edib
Digər ölkələr
25 May , 2015 09:22
​İraqın Baş naziri: yaxın günlərdə qoşunlar Ramadi şəhərini azad edəcəklər

Bakı. 25 may. REPORT.AZ/ İraqın Baş naziri Haider əl-Abadi BBC-yə açıqlamasında bildirib ki, hökumət qoşunları"İraq Şam İslam Dövləti" yaraqlıların nəzarətində olan Ramadi şəhərini bir neçə gün ərzində azad edəcək.

"Report" xəbər verir ki, o, həmçinin ABŞ müdafiə nazirinin İrak hərbçilərində İŞİD yaraqlılarına qarşı döyüş əzminin olmaması ilə bağlı tənqidlərini rədd edib.

Şənbə günü Eşton Karter bildlrib ki, İraq qüvvələrinin sayca üstünlük təşkil etmələrinə baxmayaraq, onlar geri çəkiliblər.

Abadinin sözlərinə görə, Carterdə səhv məlumat ola bilər.

Amerikalı nazir bildirib ki, ABŞ bundan sonra da İraq qoşunlarına təlim keçməyə və dəstək verməyə davam edəcək, lakin onlar İŞİD üzərində qələbəni yalnız vuruşduqları halda qazana biləcəklər.

Son xəbərlər

Orphus sistemi