Bakı. 12 fevral. REPORT.AZ/ İraqın şərqində yerləşən Diyala əyalətində terror aktı törədilib.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, insident nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
İraqın Daxili İşlər Nazirliyinin nümayəndəsi kapitan Həbib əş-Şamrılo bildirib ki, terrorçular "Həşdi Şəbi" könüllülərinin içərisində olduğu maşının yoluna mina basdırıblar.
Partlayıcı qurğu Baakuba şəhərinin şimal-şərqindən İmam Veys rayonuna gedən yolda işə düşüb.