İraqda terror aktı nəticəsində 2 nəfər ölüb, 5-i yaralanıb

İraqda terror aktı nəticəsində 2 nəfər ölüb, 5-i yaralanıb Hadisə avtomobilin minaya düşməsi nəticəsində baş verib
Digər ölkələr
12 Fevral , 2017 14:15
İraqda terror aktı nəticəsində 2 nəfər ölüb, 5-i yaralanıb

Bakı. 12 fevral. REPORT.AZ/ İraqın şərqində yerləşən Diyala əyalətində terror aktı törədilib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, insident nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

İraqın Daxili İşlər Nazirliyinin nümayəndəsi kapitan Həbib əş-Şamrılo bildirib ki, terrorçular "Həşdi Şəbi" könüllülərinin içərisində olduğu maşının yoluna mina basdırıblar.

Partlayıcı qurğu Baakuba şəhərinin şimal-şərqindən İmam Veys rayonuna gedən yolda işə düşüb.

Son xəbərlər

Orphus sistemi