​İraqda İŞİD-in 48 silahlısı öldürülüb

​İraqda İŞİD-in 48 silahlısı öldürülüb Kurmenin cənubundakı əş-Şəhabi əl-Ula, əş-Şəhabi əs-Sani və əl-Meami bölgələri terrorçulardan təmizlənib
Digər ölkələr
24 Aprel , 2015 15:12
​İraqda İŞİD-in 48 silahlısı öldürülüb

Bakı. 24 aprel. REPORT.AZ/ ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinə aid qırıcıların bombardmanı nəticəsində İŞİD-in 48 silahlısı zərərsizləşdirilib.

"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, İŞİD qruplaşmasının Mosul şəhərinin şimalındakı Göksəl, Başika Dağ, ət-Təhrir və əl-Berid məhəllələrindəki mövqelərinə hava zərbələrinin endirilməsi nəticəsində 25 terrorçu öldürülüb.

Bağdadın 40 kilometrliyində yerləşən əl-Kurme rayonunun cənubunda baş verən atışmada isə 23 İŞİD silahlısı zərərsizləşdirilib.

Kurmenin cənubundakı əş-Şəhabi əl-Ula, əş-Şəhabi əs-Sani və əl-Meami bölgələri də İŞİD-dən təmizlənib.

Xatırladaq ki, Kurme ötən ay İŞİD terrorçu qruplaşmasının nəzarəti alıtına keçib.

Son xəbərlər

Orphus sistemi