İraqda etiraz aksiyalarında ölənlərin sayı 65 nəfərə çatıb

İraqda etiraz aksiyalarında ölənlərin sayı 65 nəfərə çatıb İraqda davam edən etiraz aksiyaları nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb.
Digər ölkələr
5 Oktyabr , 2019 03:18
İraqda etiraz aksiyalarında ölənlərin sayı 65 nəfərə çatıb

İraqda davam edən etiraz aksiyaları nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı İraqın güc strukturlarındakı mənbəyə və həkimlərə istinadən məlumat yayıb.

Aksiyalar Bağdadda çərşənbə axşamından başlayıb. Çərşənbə günü narazılıqlar vilayətlərə də yayılıb.

Etirazçılar hökumətin istefasını, ölkədə həyat şəraitinin yaxşılaşdırılmasını, səhiyyə, təhsil və əmək bazarındakı problemlərin həlli edilməsini, korrupsiya ilə mübarizə aparılmasını tələb edirlər.

Aksiyalarla əlaqədar İraqın İranla sərhəddəki nəzarət-buraxılış məntəqəsi bağlanılıb.

Daha əvvəl bildirilirdi ki, aksiyalar zamanı 50 nəfər həlak olub, 1936 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi