Yuxarı

İraq Rusiyadan "S-400" raket sistemləri almaq niyyətindədir

Bakı. 21 fevral. REPORT.AZ/ İraqdan olan nümayəndə heyəti "S-400" zenit-raket sistemlərinin alınması üçün danışıqlar aparmaq məqsədilə Rusiyaya səfər edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, "Asharq Al-Awsat" qəzeti qarşıdakı danışıqlarda daha əvvəl Moskva ilə imzalanmış sazişlərə daxil edilməyən "S-400" raket sistemlərinin tədarükü məsələsinin müzakirə ediləcəyini yazıb.

Məlumata görə, buna qədər İŞİD yaraqlıları ilə mübarizə üçün Rusiyadan silah almaqla kifayətlənən İraq artıq müasir hava hücumundan müdafiə sistemləri olan qonşularından geri qalmaq istəmir.

Xatırladaq ki, 2012-ci ilin oktyabr ayında Moskva və Bağdad ümumi dəyəri 4,2 milyard dollar olan 48 ədəd "Pantsir-S" zenit kompleksinin və 36 ədəd "Mi-28" zərbə helikopterinin tədarükü üzrə saziş imzalayıb. Bundan sonra İraqda İŞİD-in təsir qüvvəsi artdığına görə müqavilənin detalları dəfələrlə dəyişdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi