Yuxarı

İraq Rusiyadan “S-400” almaq niyyətindədir

İraq Rusiyadan “S-400” almaq niyyətindədir

İraq hökuməti Rusiya istehsalı “S-400” raket sistemləri almaq niyyətindədir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İraqın Rusiyadakı səfiri Heydər Mənsur Hadi bildirib.

O, bu barədə sövdələşmənin yol xəritəsinin hələlik hazırlanmadığını diqqətə çatdırıb.

“Amerikalılarla mümkün problemlərə və bu problemlərin həllinə gəlincə, bunun üçün müvafiq diplomatik kanallar var”, - diplomat ABŞ-ın bu alış-verişi əngəlləyə biləcəyini şərh edib.

Xatırladaq ki, ABŞ hökuməti Türkiyə ilə Rusiya arasında “S-400”lərin tədarükünə dair hələ 2017-ci ildə imzalanmış müqavilənin yerinə yetirilməsini əngəlləyərək sanksiya tətbiq edəcəklərini, əvəzində Türkiyəyə F-35 qırıcı təyyarələrinin tədarükünü ləngidəcəklərini, yaxud tamam ləğv edəcəklərini açıqlayıb. Lakin Türkiyə tərəfi Rusiya istehsalı raketlərin idxalı məsələsində israrlıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi