İraq polisi İŞİD liderinin yaxın qohumunu saxlayıb

İraq polisi İŞİD liderinin yaxın qohumunu saxlayıb Bu, terrorçunun əmisi oğludur
Digər ölkələr
5 Mart , 2017 22:52
İraq polisi İŞİD liderinin yaxın qohumunu saxlayıb

Bakı. 5 mart. REPORT.AZ/ İraqın Mosul şəhərinin azad edilməsində iştirak edən federal polis İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin yaxın qohumunun saxlanıldığını xəbər verib.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" yerli mətbuata istinadən məlumat yayıb.

Məlumata görə, bu, terrorçunun əmisi oğludur. O, Mosulun qərb hissəsində, Cosakda, kəşfiyyat məlumatları əsasında saxlanılıb. Ərazi bu yaxınlarda terrorçulardan azad edilib.

Xəbərdə həmçinin bildirilir ki, İraq hərbçiləri Mosulun qərb hissəsinə hücumu davam etdirirlər. Şəhərin İŞİD-dən azad edilməsi ötən ilin oktyabrından, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın dəstəyi ilə həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi