İraq hərbçiləri Mosulun inzibati binalarının yerləşdiyi ərazilərə yaxınlaşıblar

İraq hərbçiləri Mosulun inzibati binalarının yerləşdiyi ərazilərə yaxınlaşıblar İŞİD üzvləri Mosulda əraziləri itirməkdə davam edir
Digər ölkələr
1 İyul , 2017 18:58
İraq hərbçiləri Mosulun inzibati binalarının yerləşdiyi ərazilərə yaxınlaşıblar

Bakı. 1 iyul. REPORT.AZ/ İŞİD terror qruplaşmasının üzvləri Mosulda əraziləri itirməkdə davam edir.

"Report"un "RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, İraq hərbçiləri Mosulun Bab Cədid, "Əl Arbiya" bazarının bir hissəsini və şəhərin qədim hissəsində yerləşən dəmir körpü üzərində nəzarəti ələ keçiriblər.

İraq federal polisinin rəhbəri Raid Şakir Cövdət bildirib ki, hərbçilər hazırda Mosulun inzibati binalara yaxın olan ərazilərinə nəzarət edirlər.

Son xəbərlər

Orphus sistemi