İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampın İran gəmilərini batırmaq əmrini şərh edib.
“Report” xəbər verir ki, iranlı nazir bu barədə “Twitter”dəki hesabında yazıb:
“ABŞ hərbçiləri arasında 5 000-dən artıq COVID-19-ə yoluxma halı var. Donald Tramp Səddam terrorçularının alqışladığı hədələri yaymaqdansa, onların ehtiyacları ilə məşğul olsa, daha yaxşı olardı. Bundan başqa, öz Fars körfəzimizdə dənizçilərimizi təhrik edən ABŞ qüvvələrinin evlərinin 7 000 milliyində işi yoxdur”.
Xatırladaq ki, dünən ABŞ prezidenti öz hərbi gəmilərinə onları dənizdə təqib edən İran gəmilərini məhv etmək göstərişi verib.