İqtisadiyyat üzrə Nobel laureatı: "Merkelin Afinaya qarşı mövqeyi "kor axmaqlıqdır""

İqtisadiyyat üzrə Nobel laureatı: "Merkelin Afinaya qarşı mövqeyi "kor axmaqlıqdır"" Harvard Universitetinin professoru Cozef E. Stiqlits Almaniyanın Yunanıstana qarşı yürütdüyü siyasəti tənqid atəşinə tutub
Digər ölkələr
16 İyul , 2015 08:11
İqtisadiyyat üzrə Nobel laureatı: Merkelin Afinaya qarşı mövqeyi kor axmaqlıqdır

Bakı. 16 iyul. REPORT.AZ/ İqtisadiyyat üzrə Nobel mükafatı laureatı (2001), Harvard Universitetinin professoru Cozef E. Stiqlits Almaniyanın Yunanıstana qarşı yürütdüyü siyasəti tənqid atəşinə tutub.

Fransanın "Liberation" qəzetində yayımlanan məqaləsində Stiqlits qeyd edir ki, Almaniya kansleri Angela Merkelin Afinaya qarşı mövqeyi "kor axmaqlıqdır".

Amerikalı alimin fikrincə, Almaniyanın Yunanıstana qarşı tələbləri "ağıla sığmazdır": "Bu çox səhv iqtisadi praktikadır və heç bir effekt verməyəcək. Bu kimi addımlar ədalətsizliyi artıracaq. Onsuzda Yunanıstan iqdisadiyyatı son beş il ərzində 25 faiz azalıb. İlk dəfədir ki, bu kimi böhranın düşünülmüş bir siyasətin nəticəsi olduğunu görürəm".

Son xəbərlər

Orphus sistemi