İordaniyada silahlılar hərbçilərə hücum edib: ölənlər və yaralanan var

İordaniyada silahlılar hərbçilərə hücum edib: ölənlər və yaralanan var Atışma zamanı silahlılar öldürülüb
Digər ölkələr
3 İyun , 2017 21:53
İordaniyada silahlılar hərbçilərə hücum edib: ölənlər və yaralanan var
Haaretz.com

Bakı. 3 iyun. REPORT.AZ/ İordaniyada, Suriya ilə sərhəddə 3 silahlı şəxs motosikletlə hərbçilərin mövqeyinə hücum edib.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Rukban yaxınlığında, on minlərlə suriyalı qaçqının yaşadığı yerdə baş verib. Hərbçilərlə atışma zamanı silahlılar öldürülüb.

İordaniyanın "Hala Akhbar" saytının xəbərinə görə, atışma zamanı həmçinin ordunun bir əsgəri də yüngül yaralanıb.

İordaniya hökuməti hesab edir ki, Rukbanda terrorçular yaşayır. 

Son xəbərlər

Orphus sistemi