Yuxarı

İordaniya və Suriya sərhədindəki qaçqın şəhərciyində partlayış olub, 4 nəfər ölüb

İordaniya və Suriya sərhədindəki qaçqın şəhərciyində partlayış olub, 4 nəfər ölüb
On iki nəfərin yaralandığı ehtimal edilir

Bakı. 5 may. REPORT.AZ/ İordaniya və Suriya sərhədində yerləşən qaçqın şəhərciyi yaxınlığında baş verən partlayış nəticəsində azı 4 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə kütləvi informasiya vasitələri məlumat yayıb.

Partlayış zamanı 12 nəfərin yaralandığı ehtimal edilir.

Jurnalistlərin məlumatına görə, hadisə Ər-Rəqban düşərgəsi ərazisində qeydə alınıb. Bildirilir ki, insanların sıx olduğu bazarda avtomobilə qoyulan bomba partladılıb.

Hadisənin digər təfərrüatları məlum deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi