İordaniya sərhədçiləri Suriyadan qaçan 5 terrorçunu güllələyib

İordaniya sərhədçiləri Suriyadan qaçan 5 terrorçunu güllələyib Onlardan daha ikisi əsir götürülüb
Digər ölkələr
11 İyun , 2017 15:57
İordaniya sərhədçiləri Suriyadan qaçan 5 terrorçunu güllələyib

Bakı. 11 iyun. REPORT.AZ/ Bazar günü bir qrup terrorçu Suriya ilə sərhəddə yerləşən Ət-Tanf sərhəd-buraxılış məntəqəsindən İordaniyaya keçməyə cəhd göstərib.

"Report" TASS-a istinadən xəbər verir ki, nəticədə 5 nəfər sərhədçilər tərəfindən güllələnib, daha iki terrorçu isə əsir götürülüb.

Ət-Tanf bölgəsində Suriya ordusu tərəfindən təqib olunan İŞİD terrorçuları fəaliyyət göstərir.

İordaniya Silahlı Qüvvələri Komandanlığının məlumatına görə, son üç gündə onlar bir neçə dəfə sərhədə yaxınlaşsalar da, İordaniya sərhədçilərinin atəş açması nəticəsində krallıq ərazisinə keçə bilməyiblər.

Son xəbərlər

Orphus sistemi