İordan çayının Qərb sahilində 6 yəhudi atəşə tutularaq yaralanıb

İordan çayının Qərb sahilində 6 yəhudi atəşə tutularaq yaralanıb Bakı. 10 dekabr. REPORT.AZ/ Bazar günü İordan çayının Qərb sahilində avtobus dayanacağı yaxınlığından keçən avtomobildən açılan atəş nəticəsində azı 6 israilli yaralanıb.
Digər ölkələr
10 Dekabr , 2018 04:46
İordan çayının Qərb sahilində 6 yəhudi atəşə tutularaq yaralanıb

Bakı. 10 dekabr. REPORT.AZ/ Bazar günü İordan çayının Qərb sahilində avtobus dayanacağı yaxınlığından keçən avtomobildən açılan atəş nəticəsində azı 6 israilli yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun nümayəndələrinə istinadən "Reuters" məlumat yayıb.

Bildirilir ki, hərbçilər avtomobilə atəş açıblar, lakin hücum edən şəxs ərazidən uzaqlaşa bilib. Hazırda təhlükəsizlik qüvvələri caninin axtarışlarını davam etdirirlər.

Bundan əvvəl Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalar zamanı 33 fələstinli xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi